44 saylı dairədə nə baş verir? 
24 yanvar 2020 12:52 (UTC +04:00)

44 saylı dairədə nə baş verir? 

 

44 saylı Sumqayıt-Xızı seçki dairəsində maraqlı vəziyyət yaranıb. Deputatlığa namizədliyi qeydə alınmış bitərəf Hacı Salayevin namizədliyini gözlənilmədən geri götürməsi nə qədər təəccüblə qarşılansa da, bundan sonra baş verənlər heç də az diqqət çəkmir. 

Məsələn, illərdir siyasi səhnədə görünməyən Yurddaş Partiyasının sədri Mais Səfərli bu seçkilərdə qəfil meydana çıxıb, namizəd oldu. Lakin o da namizədliyi qeydə alındıqdan az sonra heç bir səbəb göstərmədən marafondan ayrıldı.

Lent.az-ın məlumatına görə, bu iki nəfərin yarışı dayandırmasından sonra şahmatçı Zeynəb Məmmədyarovaya da namizədliyini geri götürməsi üçün müraciət olunub. Lakin qrossmeysterimiz bu barədə düşünmədiyini deyib. 

Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Məmmədov Müşfiq Fazil oğludur. 

# 3357
avatar

Oxşar yazılar