Dələduzluqla insanlardan pul alan şəxs barədə AÇIQLAMA
24 yanvar 2020 10:24 (UTC +04:00)

Dələduzluqla insanlardan pul alan şəxs barədə AÇIQLAMA

Daxili İşlər Nazirliyi “Kanal13” internet televiziyasının “Youtube” kanalında yayımlanan və özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim edən Baba Qədirovun Sabirabad rayon sakini olan bir qrup şəxsdən işə düzəltmək adı ilə pul alması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hələ keçən ilin noyabr ayında məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edib: "Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb. Odur ki, 2019-cu il noyabrın 25-də nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra B.Qədirov qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad rayon Polis Şöbəsinə müraciət edə bilərlər".

# 928
avatar

Mehman Nəbiyev

Oxşar yazılar