Bir qəsəbənin 3 sakini narkotikə görə saxlanıldı
23 yanvar 2020 17:56 (UTC +04:00)

Bir qəsəbənin 3 sakini narkotikə görə saxlanıldı

Lökbatan qəsəbə sakinlərindən narkotik maddələr aşkarlanıb.

Lent.az-ın məlumatına görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, 32 yaşlı Lökbatan qəsəbə sakini Timur Sin Japov saxlanılıb.

Axtarış zamanı saxlanılan şəxsin üzərindən 254 qram heroin aşkar edilərək götürülüb.

Onun əvvəllər Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri ilə məhkum olunduğu bildirilir.

Həmin polis bölməsi əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində, Lökbatan qəsəbə sakini 17 yaşlı Rauf Əliyevdən 744 qram marixuana aşkar edilib. Keçirilən tədbirlərlə 37 yaşlı qəsəbə sakini Zaur Abdullayevdən isə 1 ədəd psixotrop dərman olan blister tapılıb.

# 1079
avatar

Mehman Nəbiyev

Oxşar yazılar