1702
23:58
20 Yanvar 2020

Bakıda tanınmış fotoqrafın anasını yük avtomobili vuraraq öldürüb

Bakının Suraxanı rayonunda qadını yük avtomobili vuraraq öldürüb

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Məcnunova Peykar Qubad qızı yolu keçərkən onu “QAZel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs tanınmış fotoqraf Səfiyar Məcnunun anasıdır.