Rauf Məmmədov Maks Vermerdamla mübarizə aparacaq
19 yanvar 2020 13:16 (UTC +04:00)

Rauf Məmmədov Maks Vermerdamla mübarizə aparacaq

Yanvarın 19-da Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində səkkizinci turun oyunları keçiriləcək.

Turnirin B qrupunda şahmatçımız Rauf Məmmədov növbəti partiyanı yerli idmançı Maks Vermerdamla oynayacaq. Qeyd edək ki, o, ötən turda hindistanlı Surya Şexar Ganquli ilə xalları yarı bölüb.

Şahmatçımızın yeddi turun nəticəsinə görə 3,5 xalı var.

(AZƏRTAC)

# 1738
avatar

Oxşar yazılar