
Prokurorluğa çağırılan sayt rəhbəri iki əməkdaşını işdən çıxartdı

Xəbər verdiyimiz kimi, bu gün Oxu24.com saytının təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılıb. Gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Lent.azın məlumatına görə, saytın təsisçisi dəqiqləşdirilməmiş məlumatı saytda yayımladığına görə, iki əməkdaşı tutduğu vəzifədən azad edib və gələcəkdə belə nöqsanlara yol verməmələri barədə sayt əməkdaşlarına ciddi xəbərdarlıq edib.
Oxu24.com rəhbərliyi yaranmış xoşagəlməz vəziyyətə görə, güc stukturu rəhbərliyindən və oxuculardan üzr istəyir.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Keçmiş məhkumun evindən 4 kilodan çox narkotik tapıldı
27 yanvar 2021 , 13:27
Gizli işləyən daha bir kafe bağlandı
27 yanvar 2021 , 13:01
Qadın evdən 40 minlik qızıl oğurladı
27 yanvar 2021 , 12:43
Bakıda narkotacir tutuldu, sürdüyü "Jaquar"dan isə...
27 yanvar 2021 , 12:41
Bakıda DƏHŞƏT: qadını tikə-tikə doğradılar
27 yanvar 2021 , 12:20
Azərbaycanda narkotacirlər saxlanıldı
27 yanvar 2021 , 12:19Restorandan oğurladıqlarını su qiymətinə satdılar - FOTO
27 yanvar 2021 , 12:05
Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB
27 yanvar 2021 , 11:47