Dünyanın ən kiçik boylu insanı 28 yaşında dünyasını dəyişib
18 yanvar 2020 06:46 (UTC +04:00)

Dünyanın ən kiçik boylu insanı 28 yaşında dünyasını dəyişib

 

Yer üzünün ən kiçik boylu insanı – Haqendra Tapa Maqar həyatının 28-ci ilində Nepalda dünyasını dəyişib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat verilib.

Məlumata görə, Maqarın dostları onun son vaxtlar ürək çatışmazlığından, astma və ağciyər iltihabından əziyyət çəkdiyini bildiriblər. 16 yanvar tarixində Maqar yerli bir xəstəxanaya yerləşdirilib, ertəsi gün isə orada ölüb.

Haqendra Tapa Maqar 14 oktyabr 1992-ci ildə Nepalın Baqlunq şəhərində anadan olub. 2010-cu ildə onun boyu 67,08 sm olub, bu, Maqara planetin ən kiçik boylu adamı adını qazandırıb. İndi planetin ən kiçik insanı – Kolumbiya vətəndaşı Eduard Nino Hernandezin boyu 70,21 santimetrdir.

# 1462
avatar

Oxşar yazılar