Yoxlamalar nəticəsində 400 min manatadək cərimə tətbiq olunub
17 yanvar 2020 12:07 (UTC +04:00)

Yoxlamalar nəticəsində 400 min manatadək cərimə tətbiq olunub

Ötən il Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1 291 yoxlama həyata keçirib.

Lent.az məlumat verir ki, AQTA sədri Qoşqar Təhməzli bildirib ki, yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub:

"748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib. 629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 530 AZN məbləğində inzibati cərimə tətbiq olunub.

2019-cu ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub.

Agentlik ölkə ərazisində fəaliyyət göstərən 1 206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirib".

# 1002
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar