Bakıdan qaçırdığı maşınla Sumqayıtda qəza törətdi
16 yanvar 2020 18:55 (UTC +04:00)

Bakıdan qaçırdığı maşınla Sumqayıtda qəza törətdi

 


Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonu, Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən, Ağcabədi rayon sakini B.Cavadovun qaçırdığı və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurduğu müəyyən edilib.

B.Cavadov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1331

Oxşar yazılar