Bakının bu rayonunda elektrik enerjisinin təchizatı dayandırılacaq
16 yanvar 2020 17:42 (UTC +04:00)

Bakının bu rayonunda elektrik enerjisinin təchizatı dayandırılacaq

 

Yanvarın 17-də Bakının Yasamal rayonu ərazisində yerləşən A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələrinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandıracaq.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb, “Sovetski” adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnələn elektrik xətlərinin və yeraltı kabel xətlərinin yenilənməsidir.

# 3943
avatar

Oxşar yazılar