938
17:33
15 Yanvar 2020

Ölkəyə külli miqdarda toyuq və sosiska keçirmək cəhdi alınmadı - FOTO

Ət məhsulların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb.

Lent.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Setra S215 HD" markalı avtomobil saxlanılıb.

Vətəndaş gömrükdən gizlədilən hər hansı predmetin olamdığını desə də, nəqliyyat vasitəsinin baqajında xüsusi qaydada hazırlanan taxta qutunun içərisində gizlədilən, üzərində "Tryon" yazılan 100 dəst idman geyimi və 75 cüt corab, 98 kiloqram toyuq əti, 43 kiloqram kolbasa, 9 kiloqram sosiska, 10 ədəd 5 litrlik çaxır və bir ədəd üzərində "22111-2G410" yazılan mühərrik aşkarlanıb.

Həmin gömrük postunda Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Travego 17 SHD" markalı avtobus saxlanılıb.

Aparılan yoxlama zamanı avtobusun arxa pilləkəninin içərisində gömrük nəzarətindən gizlədilən 80 kiloqram sosiska, 5 kiloqram qaxac olunmuş ət və 36 litr çaxır aşkarlanıb.