15:52
15 Yanvar 2020

“Bavariya” rəsmisinə “yox” dedi, “Yuventus”la danışığa başladı

Almaniya yığmasının qapıçısı Manuel Noyer mövsümün sonunda “Bavariya”dan ayrıla bilər.

Lent.az -ın məlumatına görə, 33 yaşlı qolkiper “Yuventus”un maraq dairəsindədir.

Məsələ burasındadır ki, “Bavariya”nın “Şalke”dən Aleksandr Nyubeli transfer etməsi Noyerin ürəyincə olmayıb. Klubun idman direktoru Hasan Salihamidziçin təcrübəli qapıçıdan xahişi isə onu özündən çıxarıb.

Salihamidziç Noyerdən növbəti mövsümdə 15 oyunda Nyubelə qapıda dayanmaq üçün şərait yaratmasını istəyib. Noyer buna qəti şəkildə razı olmayıb. Fürsətdən istifadə etmək istəyən “Yuventus” rəhbərliyi isə dərhal Manuellə danışıqlara başlayıb.

Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.

Dİgər xəbərlər