Azərbaycanda iki nəfər ağciyər xəstəliyindən öldü
15 yanvar 2020 13:05 (UTC +04:00)

Azərbaycanda iki nəfər ağciyər xəstəliyindən öldü

 

Bakıda xəstəxanada ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. 

Xəstəxanada müalicə alan Qəniyev Rəşad və Qafarov Azad dünən səhər saatlarında dünyalarını dəyişiblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, hadisə barədə məlumatlıdırlar. Hazırda bununla bağlı araşdırma gedir.

Qeyd edək ki, noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı da vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239

Oxşar yazılar