287
11:11
15 Yanvar 2020

Bu ay zəhərlənənlərin sayı AÇIQLANDI - RƏSMİ

“Yanvar ayının 1-dən 15-dək 16 nəfər dəm qazından zəhərlənmə ilə bağlı bizə müraciət edib”.

Bu sözləri Lent.az -a açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, onların arasında azyaşlı olmayıb:

“16 nəfərdən 10-na ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər 6 nəfərin isə müalicəsinə davam edilib və bir neçə gün sonra evə yazılıblar.

Bundan başqa, 2 nəfər sirkə turşusundan zəhərlənmə ilə, 4 nəfər isə allergik reaksiya ilə bizə müraciət ediblər və müalicədən sonra evə buraxılıblar”.

A.Maqsudov qeyd edib ki, bu ay 12 nəfər dərmandan zəhərlənmə ilə bağlı müraciət edib:

“Onlardan 7-nə ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Digər 5 nəfərin müalicəsinə davam edilib, hazırda onlardan 1-nin müalicəsi davam edir, 4-ü isə evə yazılıb”.