İmişlidə avtomobil su hövzəsinə aşıb, ölənlər var  - YENİLƏNİB
15 yanvar 2020 10:45 (UTC +04:00)

İmişlidə avtomobil su hövzəsinə aşıb, ölənlər var - YENİLƏNİB

İmişli rayonunda avtomobilin su hövzəsinə düşməsi nəticəsində dünyasını dəyişənlərdən daha birinin şəxsiyyəti məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobilin sürücüsü, İmişli rayonu Yalavac kənd sakini, 32 yaşlı Mirzəyev Zaur Maarif oğlunun meyiti su hövzəsindən çıxarılıb.

***

06:46

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. 

Avtomobil idarəetmədən çıxaraq su hövzəsinə aşıb. Nəticədə avtomobildə olan sərnişin, İmişli rayonunun Cəfərli kənd sakini, 32 yaşlı Məmmədov Nicat Seyidəli oğlu hadisə yerində boğularaq ölüb. 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1945

Oxşar yazılar