Ağac kəsən şəxs cəzalandı - RƏSMİ
14 yanvar 2020 16:25 (UTC +04:00)

Ağac kəsən şəxs cəzalandı - RƏSMİ

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağacların kəsildiyini aşkar edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Cəlilabad rayonu, Günəşli kənd sakini Natiq Əhmədovun kəsdiyi məlum olub və faktla bağlı akt tərtib edilib.

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Cəlilabad rayon Prokurorluğuna göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309

Oxşar yazılar