Hazırda orfoqrafiya lüğətinin siqnal variantının üzərində yoxlamalar aparılır.
Bu barədə Lent.az-a Azərbaycan Milli Elımlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilk İnstitutunun direktoru Möhsün Nağısoylu məlumat verib.
O bildirib ki, nəşrdən əvvəl səhvlərin olub-olmadığı ilə bağlı son yoxlamalardan sonra lüğət nəşrə təqdim olunacaq: “Orfoqrafiya lüğətinin siqnal variantı bizə təqdim olunub. Hazırda institutun bir neçə mütəxəssisi lüğətdə son yoxlama aparır. Ciddi dəyişikliklər yoxdur. Yəqin ki, gələn həftə çap üçün nəşriyyata təqdim olunacaq”.
M.Nağısoylu onu da əlavə edib ki, kitabın bu ayın sonuna kimi nəşr olunması gözlənilmir.