Mərkəzi Elmi Kitabxanada mühafizə olunan qəzetlərin sayı açıqlandı
14 yanvar 2020 10:59 (UTC +04:00)

Mərkəzi Elmi Kitabxanada mühafizə olunan qəzetlərin sayı açıqlandı

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının Qəzet fondunda Azərbaycan dilində 1800, rus dilində 1331, Şərq xalqlarının dillərində 23987 nüsxə qəzet mühafizə olunur.

AMEA-dan Lent.az-a verilən məlumata görə, kitabxanaya təqdim edilən qəzetlər hər 3 aydan bir fonda təhvil verilir. Fondda qəzetlər aylar, nömrələr, eləcə də dillər (Azərbaycan, rus, ingilis) üzrə çeşidlənir, arxivləşdirilir. 

Fondda saxlanılan ən qədim qəzet Azərbaycan dilində 1906-cı ildə çap olunmuş “Həyat” qəzeti və rus dilində 1905-ci ildə nəşr edilmiş “Baku” qəzetidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1249

Oxşar yazılar