10419
09:25
14 Yanvar 2020

Şəhid adı ilə "dəfn edildi", 40 gün sonra ortaya çıxdı - VİDEO

İsmayıllı rayonunda gözlənilməz hadisə yaşanıb.

Lent.az -ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumatına görə, Şəbiyan kənd sakini Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edib. Döyüşdə olan zaman valideynlərimə xəbər gəlib ki, oğlunuz şəhid olub. Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul edilib və rayonda şəhidlər qəbiristanlığında torpağa tapşırılıb. Zöhrabın ailəsi onun 40 mərasiminə hazırlaşırmış. Həmin vaxt o, evlərinə qayıdıb və onu görənlər şok olub.