44 yaşlı yaponiyalı milyarder Yusaku Maedzava onunla evlənməyə və birlikdə Aya uçmağa hazır olan qızlar üçün müsabiqə elan edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun layihəsi “ciddi münasibətlər üçün təkbətək ciddi münasibət” adlanır. O, layihəsi barədə “Twitter” səhifəsində yazıb.
Bu kampaniya üçün yaradılan xüsusi saytda Maedzava qeyd edib ki, çoxdandır kosmosa yollanmaq istəyir, lakin bu səyahəti təkcə yox “xüsusi adamla” həyata keçirmək niyyətindədir.
İştirak üçün yaşı 20-dən yuxarı olan şən və ərdə olmayan qızlar dəvət olunur. Iştirakçıların hamısına yanvarın 17-nə kimi Google-formanı doldurmaq təklif olunur. Burada boy, hobbi və ölkə, eləcə də digər məlumatlar qeyd edilməlidir.
“Onların hərəkətləri maraq və ana enerjisi ilə dolu olmalıdır”, - saytda qeyd edilir.
Yarışma iştirakçıları həm də dünyada sülh arzulamalı, Aya uçmağa hazır, öz fikirləri olmalıdır və həyatdan zövq almağı istəməlidirlər.