Xatirə İslamın paylaşdığı yol qalmaqalına rəsmi münasibət - VİDEO
13 yanvar 2020 15:48 (UTC +04:00)

Xatirə İslamın paylaşdığı yol qalmaqalına rəsmi münasibət - VİDEO

Müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsində bərbad vəziyyətdə olan yolu videoya çəkərək özünün İnstaqram profilində paylaşıb. İfaçı bu barədə Lent.az-a danışarkən yol ilə bağlı etdiyi etirazı yerli sakinlərin dəstəklədiyini, lakin hər hansı aidiyyatı qurumun işə qarışmadığını bildirib:

“Bütün Novxanı sakinlərinin adından xahiş edirik, Binəqədi rayon icra hakimiyyəti başçısı bu yola diqqət ayırsın. 7 ay öncə yolu kiminsə evinə qaz çəkilməsinə görə qazdılar. Bir evə görə hər gün yoldan istifadə edənlər əziyyət çəkirlər. Bu xətti çəkdirən insan yenidən yolun üstünü bağlamalı idi. Qonşular etiraz edir. Hətta bir azdan televiziyaya çıxmağa hazırlaşırlar. Hər gün maşınlar yolda sürüşərək bir-birinə dəyir”.

Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-a məsələ ilə bağlı məlumatlı olduqları bildirilib. İcra hakimiyyətinin verdiyi məlumata görə, bununla bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub:

“Məlumat üçün bildirək ki, qeyd olunan ərazi ilə bağlı rayon İcra Hakimiyyətində məlumat var. Vətəndaşların müraciətinə uyğun olaraq İcra Hakimiyyəti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə kanalın təmir edilməsi zamanı yolun yararsız vəziyyətə düşməsi ilə bağlı müraciət ünvanlanıb.

Həmin qurumda yolun əvvəlki vəziyyətə gətirilməsi məsələsi müzakirə edilib və qısa zamanda yolun bərpa ediləcəyi barədə razılıq əldə edilib”.

# 4953
avatar

Mehman Nəbiyev

Oxşar yazılar