Azərbaycanda polis əməkdaşı həbs olunub?- Rəsmi AÇIQLAMA
13 yanvar 2020 15:27 (UTC +04:00)

Azərbaycanda polis əməkdaşı həbs olunub?- Rəsmi AÇIQLAMA

 

 

Sabirabad rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Salyan rayon Polis Şöbəsinin əməkdaşı çavuş Fərid Hüseynov saxlanılıb.

Lent.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Məlumatda qeyd edilir ki, onun üzərindən böyük miqdarda müxtəlif tərkibli narkotik maddələr götürülüb. F.Hüseynovun daxili işlər irqanlarında azad edildiyi də bildirilir.

Hazırda istintaq onun narkotik maddələri əldə etdiyi mənbəyi araşdırır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytnantı Toğrul Nəsirli Lent.az-a deyib ki, F.Hüseynov öz ərizəsi ilə işdən kənarlaşdırılıb:

“Salyan rayon Polis Şöbəsinin əməkdaşı Fərid Hüseynov bir müddət öncə öz istəyi ilə daxili işlər orqanlarından azad olunması üçün raport yazıb. Ərizəsi qeydə alınaraq işdən azad edilib. Əməkdaş F.Hüseynovun saxlanılması və ya həbs edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir. Hazırda sosial şəbəkədə yayılan məlumatla bağlı araşdırma aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2805

Oxşar yazılar