657
14:31
13 Yanvar 2020

Heydər Əliyev prospektində sürət həddi endirilir

Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

Lent.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar müsbət rəy verib.

Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq.

"Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik", - məlumatda bildirilir.