10:29
13 Yanvar 2020

Kuman “Barselona”ya nə cavab verdi?


Mövsümün sonunda Ernesto Valverde ilə yolları ayırmağı düşünən “Barselona” rəhbərliyi indidən yeni baş məşqçi axtarışına çıxıb.

Lent.az -ın məlumatına görə, Kataloniya klubunun rəsmiləri Niderland yığmasının çalışdırıcısı Ronald Kumanla danışıq aparıblar.

56 yaşlı mütəxəssisə rəsmi təkliflə müraciət edən “Barsa” qarşı tərəfdən “yox” cavabı alıb. Kumanın Niderland Futbol Federasiyası ilə müqaviləsində qeyd edilib ki, o, millidən “Barselona”dan təklif alacağı təqdirdə ayrıla bilər. Ancaq sözləşmənin bu punktu AVRO-2020-dən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, futbolçu karyerası ərzində 1989-1995-ci illərdə “Barselona”nın formasını geyinmiş Ronald Kuman 1998-2000-ci illərdə Kataloniya klubunda köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Dİgər xəbərlər