
Hindistanda yol faciəsi: qəzada 20 nəfər öldü, 21 nəfər yandı

Hindistanın Uttar-Pradeş ştatında ağır yol qəzasında 20 nəfər ölüb, 21 nəfər müxtəlif yanıq xəsarətləri alıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat dərc edib.
Yerli polisin məlumatına görə, hadisə Kannauj şəhərindən Jaipur istiqamətində hərəkət edən sərnişin avtobusunun tez alışan material daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib.
Zərbənin gücündən yük maşını alışıb.
Polis yanğının artıq söndürüldüyünü və təcili yardım briqadası tərəfindən xəsarət alan sərnişinlərə lazımi tibbi yardımın göstərildiyini bildirib.
Avtobusda ümumilikdə 70 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin sayının artacağı istisna edilmir.

Oxşar yazılar

Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10