“Yuventus” Dibala ilə bağlı qərarını verdi
10 yanvar 2020 15:46 (UTC +04:00)

“Yuventus” Dibala ilə bağlı qərarını verdi

 

“Yuventus” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Paulo Dibala ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. 

Lent.az-ın məlumatına görə, Turin klubu argentinalı hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır.

Yeni sözləşmənin şərtləri daha yaxşı olacaq. “Qoca sinyora” bu yolla digər klubların da maraq dairəsində olan Dibalanı heyətində saxlamaq istəyir. 26 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Tottenhem”in danışıq apardığı bildirilir.

Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”un formasını geyinir. Turin klubu ilə 4 dəfə A Seriyasının qalibi olan Paulo cari mövsümdə ümumilikdə 23 oyunda 9 qola imza atıb.

# 2666
avatar

Rizvan Babayev

Oxşar yazılar