2280
12:14
10 Yanvar 2020

Günay boşandığı ərinə görə oğlunun... - FOTOLAR

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva övladı ilə şəkillərini sosial şəbəkədə paylaşıb.

Lent.az -ın məlumatına görə, modelin paylaşımını 3 minə yaxın insan bəyənib.

Qeyd edək ki, Günay türkiyəli aktyor Tolqa Karellə evli olub, cütlük 2011-ci ildə qalmaqallı şəkildə boşanıb. Model bir müddət öncə açıqlamasında bildirmişdi ki, keçmiş həyat yoldaşına görə oğlunun şəklini sosial şəbəkədə paylaşmaq istəmir:

“İki aylıq aliment ödədi, ondan sonra isə göndərmədi. Beş il içərisində cəmi min lirə (280 manat) ödəyib. Əvvəllər pedaqoqlar oğlumun atasını görməyini istəyirdi, bir müddət göstərdik, indi isə yoxluğuna öyrəşib. Beş ildə atasını çox az görüb. Oğlum Cahangirin həm atası, həm də anası olmuşam. Bəlkə ad günündə oğluma zəng edər deyə, düşünürdüm. Onu da etmədi. İnstaqramdan izləyir. Mən də oğlumla bağlı paylaşımlar etmirəm. Tolqanın valideynləri də bizi axtarmadı. Oğlumu tək böyüdürəm. Pis günlər yaşadıq, ancaq indi hər şey çox yaxşıdır. Atası haqda oğlumun yanında heç bir neqativ söhbətin getməsinə icazə vermirəm. Böyüyəndə görüşər ya yox, onu bilmirəm”.