Cərimələnməmək üçün  nömrəni gizlətdi, saxlanıldı - Lənkəranda
17 sentyabr 2026 11:59 (UTC +04:00)

Cərimələnməmək üçün nömrəni gizlətdi, saxlanıldı - Lənkəranda

0

Lənkəranda yol polisi əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.

Lent.az xəbər verir ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar