890
19:08
09 Yanvar 2020

TEXNOLOJİ İNQİLAB: dronlar mağarada da uça biləcək

Avstraliyanın “Emesant” startapının mühəndisləri pilotsuz uçan aparatlar vasitəsilə real vaxt rejimində yeni izləmə və kartoqrafiya sistemini təqdim ediblər. Bu, dronlara mağaralarda uçuşlar həyata keçirməyə imkan verəcək.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, aparat “GPS” naviqasiyası və dronlara maneələri dəf edərək uçmağa və qapalı məkanlarda səmti yaxşı müəyyənləşdirməyə imkan verəcək toqquşma əleyhinə sensorlar sistemi ilə təchiz edilib.

Startap mütəxəssisləri tərəfindən pilotsuz uçan aparatların məlumatları əsasında yeraltı landşaftların üçölçülü xəritəsini tez və dəqiq tərtib etməyə imkan verən “Hovermap” texnologiyası da hazırlanıb.

Bildirilir ki, texnologiya xilasedicilərə mağaralarda itkin düşən insanları tapmağa kömək edəcək.

Startapın ilkin qiyməti 2,5 milyon dollar təşkil edir.