Azərbaycanın baş toksikoloqu müalicə üçün xaricə gedib? - RƏSMİ AÇIQLAMA
09 yanvar 2020 14:31 (UTC +04:00)

Azərbaycanın baş toksikoloqu müalicə üçün xaricə gedib? - RƏSMİ AÇIQLAMA

Bu gün yerli mediada (unikal.org saytında) Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun səhhətində ciddi problem yaranması barədə məlumat yayılıb. 

Bildirilib ki, ölkənin baş toksikoloqu müalicə üçün xarici ölkələrdən birinə gedib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Lent.az-a bununla bağlı bildirib ki, baş toksikoloq hazırda bülletendədir:

“Azər Maqsudovun səhhətində problem yaranması və harada müalicə alması ilə bağlı sualları baş toksikoloq işə çıxdıqdan sonra özü cavablandıra bilər".

Onu da qeyd edək ki, Azər Maqsudovla əlaqə saxlamaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526

Oxşar yazılar