“Mənim balaca Şahzadəm” beynəlxalq film festivalında
08 yanvar 2020 13:16 (UTC +04:00)

“Mənim balaca Şahzadəm” beynəlxalq film festivalında

"Azanfilm" Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince") qısametrajlı animasiya filmi Banqladeşdə keçirilən 13th International Children's Film Festivalında iştirak edəcək.

Lent.az xəbər verir ki, 24-31 yanvar 2020-ci il tarixləri ərzində keçiriləcək festivalın mükafatlandırma mərasimi yanvarın 31-də baş tutacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

 Filmdə rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib. Belə ki, M.Ələkbərlinin "Balaca şahzadə" əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilmişdir.

# 1743
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar