Namizədliyini irəli sürən şəxslər əmlaklarını açıqlayacaq - MSK-dan tələb
07 yanvar 2020 16:25 (UTC +04:00)

Namizədliyini irəli sürən şəxslər əmlaklarını açıqlayacaq - MSK-dan tələb

 

 “Deputatlığa namizədliyini irəli sürmüş şəxslər öz əmlakları barədə məlumat verməli, əmlaklarını gizlətməməlidirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. M. Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namzədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2281

Oxşar yazılar