Yolu keçən piyadanı avtomobil vuraraq öldürüb
04 yanvar 2020 10:44 (UTC +04:00)

Yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

 

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. 

Rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4310

Oxşar yazılar