10962
19:09
03 Yanvar 2020

İran generalının öldürülməsini Suriyada şirniyyat paylayaraq qeyd etdilər - FOTO

Suriyanın bəzi bölgələrində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsini şirniyyat paylayaraq qeyd ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin İdlib və Azez bölgələrində paylanan şirniyyat qablarının üzərinə bu sözlər yazılıb:

“Suriyanın azad xalqına müjdə. Qasım Süleymani bu gün öldürüldü”

Qeyd edək ki, bir neçə ildir Qasım Süleymani müxalifəti dəstəkləyən suriyalılar tərəfindən düşmən kimi qəbul olunurdu.

Dİgər xəbərlər