“İran heç vaxt müharibədə qələbə qazanmayıb” - Tramp
03 yanvar 2020 17:23 (UTC +04:00)

“İran heç vaxt müharibədə qələbə qazanmayıb” - Tramp

ABŞ Prezidenti Donald Tramp “Twitter”də İranla bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, D. Tramp İranın heç vaxt müharibədə qələbə qazanmadığını bildirib.

“İran heç vaxt müharibədə qələbə qazanmayıb, lakin müzakirədə də məğlub olmayıb”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5879

Oxşar yazılar