2986
13:44
03 Yanvar 2020

Abdullah Öcalanın dayısı oğlu öldürüldü

PKK terror təşkilatının liderlərindən sayılan Metin Aslan İraqda öldürülüb.

APA-nın “Anadolu” agentliyinə istinadən məlumatına görə, M. Aslan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tərəfindən İraqın şimalında həyata keçirilən əməliyyat vaxtı məhv edilib.

Qeyd edək ki, Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalanın dayısı oğlu M. Aslanı İnterpol axtarışa verib.