554
05:18
03 Yanvar 2020

Sudanda təyyarə qəzası: 18 ölü - YENİLƏNİB

El Geneina hava limanından Xartuma uçan Sudan ordusuna məxsus “An-12” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə silahlı qüvvələrin nümayəndəsi, briqada generalı Amer Məhəmməd əl-Hassan məlumat verib.

Onun sözlərinə görə, göyərtədə 18 nəfər olub: “Təyyarədə hərbi heyətin yeddi üzvü, o cümlədən dörd zabit, habelə dörd uşaq və üç hakim olmaqla səkkiz mülki şəxs vardı. Onların hamısı ölüb”.

23:44

Sudanda “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb.

APA “Əl-Arabiya” telekanalına istinadən xəbər verir ki, qəzada 15 nəfər həlak olub.

Kanalın məlumatına görə, qurbanlar arasında yerli məhkəmə orqanının üç nümayəndəsi də var.

Sudan mediasında dərc edilmiş xəbərdə sərnişinlər arasında Ümumdünya Qida Təşkilatının bir əməkdaşının olması ehtimal edilir.

İlkin məlumata görə, “An-12” cümə axşamı Sudanın Qərbi Darfur əyalətindəki El Geneina şəhərinin hava limanından uçarkən qəzaya uğrayıb. Yerli media hadisənin hava limanından beş kilometr aralıda baş verdiyini xəbər verib.