17:09
02 Yanvar 2020

Yanğın bu ölkəni külə çevirir: Ölənlər və itkin düşənlər var

Avstraliyanı külə çevirən meşə yanğınlarının həftə sonu daha da şiddətlənəcəyi gözlənir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Yeni Şimali Gallerdə fövqəladə vəziyyət elan edilib. Qitədə ölü sayı 18-ə çatıb, 17 nəfər itkin düşmüş sayılır. Meşə yanğınlarından havaya yüksələn dumanlar 2000 kilometr məsafədəki qonşu Yeni Zelandiyada da göy üzünün rəngini dəyişdirib.

Yeni Şimali Galler və Viktoriyada 1200 ev kül olub.

Sentyabr ayından bu vaxtadək yüzlərlə meşə yanğını 5 milyon hektara yaxın ərazini yox edib. Bu həftə Viktoriyada 68, Yeni Şimali Gallerdə 381 ev yanıb.

Həmin ərazilərdə hələ də 200 ayrı nöqtədə meşə yanğını davam edir. Vəziyyətin həftə sonu daha da ağırlaşacağını düşünən əhali evlərini tərk etməyə başlayıb.

Dİgər xəbərlər