
38 yaşlı kişinin yanmış meyiti tapıldı

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar yazılar

Yaşadığı evdə asılmış meyiti tapıldı
23 yanvar 2021 , 02:20
Daha bir vəzifəli şəxs TUTULDU
22 yanvar 2021 , 22:34
Masallının Baş həkimi saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
22 yanvar 2021 , 20:52
Azərbaycanda qadın su kanalında boğuldu
22 yanvar 2021 , 19:37
Azərbaycanda xəstə kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını...
22 yanvar 2021 , 19:19Bakıda polis maşını qəzaya səbəb oldu
22 yanvar 2021 , 19:02Sosial şəbəkələrdə narkotik təbliğ edən saxlanıldı - FOTO
22 yanvar 2021 , 18:34
Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT
22 yanvar 2021 , 15:11