"Hazırda 2 700-dən çox xəstənin dövlət hesabına dərman preparatları ilə təminatı həyata keçirilir".
Lent.az məlumat verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib. Qeyd edilib ki, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub:
"Müqayisə üçün qeyd etmək lazımdır ki, 10 il öncə bu xəstəlik üzrə Dövlət Proqramı yox idi və cəmi 3 adda dərman preparatı humanitar yardım çərçivəsində yalnız 400-ə yaxın xəstəyə verilirdi".