
Bibiheybət yolu sabah açılır - RƏSMİ

"Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub".
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, hazırda ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır:
"Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur".
A.Nəcəfli qeyd edib ki, 31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır:
"Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub".
Xatırladaq ki, sözügedən yolda noyabr ayının 7-də AAYDA-nın əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07
Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54