Yük maşını velosiped sürən şəxsi vuraraq öldürdü
29 dekabr 2019 19:24 (UTC +04:00)

Yük maşını velosiped sürən şəxsi vuraraq öldürdü

 

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Nicat Məlik oğlu Məlikov idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə velosipedlə hərəkətdə olan Kənan Tural oğlu Nəbiyevi vurub.

Ağır xəsarət alan K. Nəbiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226

Oxşar yazılar