Futbolçu Kriştianu Ronaldu 2019-cu ildə özünü “Instagram”dakı akkauntunda hamıdan çox qazanıb.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, o, Buzz Bingo şirkətinin hazırladığı sosial şəbəkə ulduzları siyahısında lider olub.
Məlumata görə, portuqaliyalı idmançı 38,2 milyon funt sterlinq qazanıb. Ekspertlərin qiymətləndirməsinə görə, bir sponsor postu futbolçuya orta hesabla 780 min funt sterlinq gəlir gətirib.
Siyahıda ikinci sırada argentinalı Lionel Messidir. “İnstaqgram”dakı postları 2019-cu ildə ona 18,7 milyon funt-sterlinq gətirib.
Liderlərin üçlüyündə amerikalı supermodel Kendall Cenneer də var. O, sosial şəbəkə vasitəsilə 12,7 milyon funt-sterlinq qazanıb.
“Instagram”ın varlı ulduzları arasında futbolçular Devid Bekhem və Neymar, müğənni Selena Qomes, model Kayli Cenner və onun böyük bacısı Hloi Kardaşyan da var.