Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, 36 yaşlı R. Həsənov atası O. Həsənov tərəfindən bıçaqlanıb.
Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.