Bakıda tibb mərkəzindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı
29 dekabr 2019 13:31 (UTC +04:00)

Bakıda tibb mərkəzindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı

Bakının Nərimanov rayonu ərazisindəki tibbi mərkəzlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Lent.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R. Dadaşzadə və Abşeron rayon sakini E. İbrahimov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar