Məşhur məşqçi İbrahimoviçin İtaliyaya qayıdışından DANIŞDI
29 dekabr 2019 13:23 (UTC +04:00)

Məşhur məşqçi İbrahimoviçin İtaliyaya qayıdışından DANIŞDI

 

“Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello isveçli hücumçu Zlatan İbrahimoviçin İtaliyanın A seriyasına qayıdışını şərh edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun fikrincə, İbrahimoviç “Milan” üçün çox əla bir transferdir.

“O, xarakterli oyunçudur, meydana, sadəcə oynamaq üçün çıxmır. Onun məqsədi həmişə birdir – qələbə. Bu onun komandadakı həmkarlarına həmişə əlavə stimul verir. Zlatan komanda yoldaşlarının daha yaxşı oynaması üçün üstün qabiliyyətə malikdir”, - Kapello söyləyib. 

Xatırladaq ki, “Milan” hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Onunla müqavilə daha bir il uzadıla da bilər. 

İsveçli hücumçu 2010-2012-ci illərdə “Milan”da çıxış edib, bu klubla İtaliya çempionu (2011) olub və ölkə Superkubokunu (2011) qazanıb. 

İbrahimoviçin bundan əvvəlki klubu “Los-Anceles Qelaksi” idi. O, sərbəst agent kimi MLS mövsümü başa çatandan sonra həmin klubu tərk edib.

“Milan” İtaliya çempionatında hazırda 11-ci sıradadır. Komanda 17 oyunda 21 xal toplayıb. “Milan” növbəti turda öz meydanında yanvarın 6-da “Sampdoriya”nı qəbul edəcək. 

 

 

 

# 863
avatar

Oxşar yazılar