324
11:58
29 Dekabr 2019

FHN-in Akademiyasında Həmrəylik günü qeyd edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramlarına həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə akademiyanın rəisi general-mayor Baba Salayev, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Polis Akademiyasının rəisi general-mayor Əliyev Nazim, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, akademiyanın zabit və kursant heyəti iştirak edib.

Tədbir iştirakçılarını salamlayan rektor B. Salayev Dünya Azərbaycanlılarının Həmrəyliyinin vacibliyini vurğulayıb: "Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən ana dilinin, milli mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi son dərəcə vacibdir".

Əziz Əzizov Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxladığından, uzaqgörən siyasətindən bəhs edib. Tədbir bədii hissə ilə davam edib.