1032
20:48
27 Dekabr 2019

İmişlidə yol qəzasında ata və oğul xəsarət alıb

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.

Qaralar kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Elvüsal Gülhüseyin oğlunun idarə etdiyi “QAZel” markalı avtomobilin minik maşını ilə toqquşması nəticəsində

sonuncuda olan sərnişin - sürücünün atası, 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyin Qulu oğlu kəllə-beyin travması ilə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürcü nisbətən yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər