Elm adamlarından HƏYƏCAN TƏBİLİ:  insanların intellekti fəlakətli dərəcədə azalacaq
26 dekabr 2019 19:20 (UTC +04:00)

Elm adamlarından HƏYƏCAN TƏBİLİ: insanların intellekti fəlakətli dərəcədə azalacaq

 

ABŞ-ın Kolorado universitetinin alimləri sübut ediblər ki, atmosferdəki yüksək karbon qazı insanların intellektual qabiliyyətlərinə fəlakətli təsir göstərə bilər.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, tədqiqatçılar artan karbon dioksid səviyyəsinin uşaqların sinifdə təhsilinə necə təsir etdiyini araşdırıblar.

Əvvəlki təcrübələr göstərib ki, qazın yüksək konsentrasiyası həqiqətən zehni qabiliyyətlərə təsir göstərir.

Bununla birlikdə problem pəncərələri havalandırmaqla asanlıqla həll olunur. Eyni zamanda, çox miqdarda karbon qazı olan təmiz havanın təsiri məlum deyil.

Mütəxəssislər  iki ssenarini nəzərdən keçiriblər. Birincisi, bəşəriyyət atmosferə atılan istixana qazının miqdarını azaldır, ikincisində, tullantılar dəyişməz olaraq qalır. Məlum olub ki, hər halda tələbələrin idrak qabiliyyəti azalır.

Alimlərin proqnozlarına görə, ən yaxşı halda, 2100-cü ilə qədər zəkanın azalması 25 faiz, ən pis halda 50 faiz olacaq.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2399

Oxşar yazılar