15:20
26 Dekabr 2019

Tanınmış meyxanaçımıza sui-qəsd edildi: "Mismarla öldürmək istədilər"

Meyxanaçı Namiq Məna ona qarşı edilən sui-qəsdən danışıb.

Lent.az -ın məlumatına görə, söz ustası “Şou ATV” verilişində deyib ki, onu mismarla öldürmək istəyiblər:

“Yeməyimin içinə mismar atmışdılar. İki il boğazımda qaldı. Ürəkbulanma verirdi. Rusiyada, burada həkimlərə getdim. Onlar aciz qalmışdı, tapa bilmirdilər. Dərdimin nə olduğunu bilmirdim. Gün ərzində 1-2 saat ayaq üstdə dura bilirdim. Çöpçüyə apardılar. Yoxladı, dedi: "Mismar yeyirsən?" Halım yox idi, çox arıqlamışdım. Təzyiqim oynayırdı. Hiss edirdim ki, son günlərimdir. Çalışırdım ki, valideynlərimin yanında ölməyim. Mismar çıxarılandan sonra gözümə işıq gəldi. Pəncərəyə vurulan mismarlardan idi. İndiyədək saxlamışam.

Təxminən bilirəm ki, bunu kim edib. Bu sənət belədir. Onu bilirəm ki, həmin insanı Allah cəzalandırdı. Həqiqətən, həmin dövrdə böyük sürətlə irəliləyirdim”.

Dİgər xəbərlər